Gənclik şəhərinin böyüməkdə olan yeni nəslini zamanın tələbinə uyğun bacarıqlı, geniş dünya görüşlü, milli və ümumbəşəri əxlaqi dəyərlərə sahib vətəndaşlar kimi yetişdirmək üçün bütün imkanlarını səfərbər edən pedaqoji killektiv ən müasir və ən təsirli pedaqoji metodlardan istifadə edərək ortaya Azərbaycan Respublikasının təhsil standartlarının tələblərinə cavab verən məktəb modeli çıxarmışlar.
Məktəb Azərbaycan dövlətinin təhsil siyasətinə və inkişaf sürətinə uyğun, zamanı qabaqlayan məktəb modeli ilə təkcə Sumqayıtın deyil, bütün Respublikanın qabaqcıl məktəbləri sırasında dayanır. Məktəbin gənc, savdlı, öz peşəsini ürəkdən sevən pedaqoji kollektivi, ən müasir maddi-texniki bazası vardır.1996-cı ildən başlayaraq məktəbin şagirdləri respublika və beynəlxalq fənn olimpiadalarında, müsabiqələrdə fəal iştirak edirlər. İndiyədək lisey şagirdləri müxtəlif ölkələrdə keçirilən olimpiada və bilik yarışlarında ölkəmizə çox sayda qızıl, gümüş və bürünc medallar qazandırmışlar.
Sumqayıt Özəl Türk Liseyinin məzunlarının sorağı dünyanın otuza yaxın ölkəsinin universitetlərindən gəlir.